Image alternative text, required
“Məktəb inspektoru” vakansiyası üzrə namizədlərin seçimi davam edir
Title

03 iyul tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Məktəblərdə keyfiyyətin inspeksiyası” layihəsi çərçivəsində növbəti dəfə - 14 iyun tarixində elan olunan “məktəb inspektoru” vakansiyası üzrə yazılı imtahan keçirilib. İmtahan 30 iyun tarixinədək müraciət etmiş və vakansiya tələblərinə uyğun hesab edilən namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə təşkil olunub.

 

70 dəqiqə davam edən imtahanda 127-si qadın, 73-ü kişi olmaqla, ümumilikdə 200 nəfər iştirak edib. Həmin namizədlərə 14 iyuladək imtahanın nəticələri barədə məlumat veriləcək və bu mərhələdə uğurlu nəticə əldə edən şəxslər müsahibədə iştirak etmək üçün Agentliyə dəvət olunacaqlar.

 

Qeyd edək ki, sözügedən vakansiya üzrə müraciətlərin qəbulu 10 iyul tarixinədək davam edəcəkdir. Həmin tarixədək müraciət etmiş və vakansiya tələblərinə uyğun hesab edilən yeni namizədlər üçün cari ayın sonunadək növbəti dəfə yazılı imtahan təşkil olunacaqdır.