Image alternative text, required
“Məktəb inspektoru” vakansiyası üzrə namizədlərin seçimi davam edir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəblərdə keyfiyyətin monitorinqinin aparılması məqsədilə elan olunan “məktəb inspektoru” vakansiyası üzrə növbəti yazılı imtahan keçirilib. Namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə 3 mart tarixində keçirilmiş imtahanda ümumilikdə 72 nəfər namizəd iştirak edib. Həmin namizədlərdən 50-si qadın, 22-si isə kişi olmuşdur.

1 saat davam edən imtahanın nəticələrinə əsasən, 47 nəfər nəzərdə tutulan keçid balından aşağı, 25 nəfər isə yuxarı bal toplamışdır.

 İmtahandan uğurla keçən namizədlər 3 aprel tarixinədək müsahibədə iştirak etmək üçün Agentliyə dəvət olunacaqlar.