Image alternative text, required
“Məktəb inspektoru” vakansiyası üzrə imtahan nəticələri açıqlanıb
Title

12.11.2022-ci il tarixində “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində “məktəb inspektoru” vakansiyası üzrə müsabiqənin yazılı imtahan mərhələsinin nəticələri açıqlanb. Vakansiya üzrə müraciət etmiş 592 namizəd arasından tələblərə uyğun olan 206 nəfər imtahana dəvət edilmiş və 146 namizəd imtahanda iştirak etmişdir.  İmtahanda iştirak etmiş 146 namizəddən 83 nəfəri yazılı imtahan mərhələsini uğurla keçərək növbəti müsahibə mərhələsində iştirak etmək şansı qazanmışdır.

 

Qeyd edək ki, imtahanda namizədlərə pedaqogika və metodika, tənqidi oxu bacarığı, təhsil və idarəetmə, qanunvericilik, riyazi məntiq üzrə hər birindən 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilmişdir. Bundan başqa, yazı bacarığının yoxlanılması üçün namizədlər onlara təqdim olunun iki mövzudan biri üzrə esse yazıblar.