12.11.2022-ci il tarixində “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində “məktəb inspektoru” vakansiyası üzrə müsabiqənin yazılı imtahan mərhələsi keçirilib. Qeyd edək ki, vakansiya üzrə 592 namizəd müraciət etmiş və vakansiya tələblərinə uyğun olan 206 nəfər imtahana dəvət olunub. İmtahanda 146 namizəd iştirak edib.
Yazılı imtahan zamanı namizədlərə pedaqogika və metodika, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik və riyazi məntiq üzrə hər birindən 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilib. Bundan başqa, yazı bacarığının yoxlanılması üçün namizədlər onlara təqdim olunun iki mövzudan biri üzrə esse yazıb.
Nəticələr 10 iş günü ərzində yoxlanıldıqdan sonra namizədlərin e-poçt ünvanına göndəriləcək. Xatırladaq ki, yazılı imtahan mərhələsini uğurla tamamlayan namizədlər müsabiqənin 2-ci mərhələsinə - müsahibəyə dəvət olunurlar. Aşağıdakı tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar:
ümumi sualların 50%-ni cavablandıran;
pedaqogika və metodika üzrə sualların 50%-ni cavablandıran;
esse üzrə mümkün 6 baldan (3 meyar üzrə) yarısını toplayan;
heç bir sahə üzrə 0 bal toplamayan.