- Mart ayı üzrə 98 müraciətçinin 71-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 27 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
- Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 17, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 4, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 3, digər səbəblər üzrə 3 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
- Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 31, Ukraynadan 30, Türkiyə Respublikasından 18, Gürcüstandan 7, Latviya Respublikası 3, digər ölkələrdən isə 9 müraciətin olduğu müşahidə olunur.
- Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 12, iqtisadiyyat üzrə 7, menecment üzrə 6, tibb üzrə 6, maliyyə və kredit üzrə 4 nəfər müraciətçi qeydə alınıb.
Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 25 gün təşkil etmişdir.
Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az keçidinə daxil ola bilərlər.