Image alternative text, required
Keyfiyyət təminatı sistemi üzrə növbəti onlayn təlimlərə start verilib
Title

28 aprel tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsində iştirak edəcək ekspertlər üçün  növbəti onlayn təlimlərə start verilib.

 

3 gün davam edəcək təlimlərdə 10 müxtəlif ali təhsil müəssisəsindən və Təhsil İnstitutu nümayəndələrindən ibarət 15 mütəxəssis iştirak edir.

 

Virtual təlimlərdə yüksək nəticə göstərmiş namizədlər daxili keyfiyyət təminatı, xarici keyfiyyət təminatı və peşəkar ekspert olmaqla 3 səviyyə üzrə sertifikatla təltif olunacaqlar. Belə ki, yalnız sertifikat əldə edən ekspertlər Akkreditasiya Komissiyalarının akkreditasiya qiymətləndirmə fəaliyyətində iştirak edə biləcəkdir.

 

Qeyd edək ki, mütəmadi təşkil olunan təlimlərin əsas məqsədi ali təhsil müəssisələrinin akkreditasiyası prosesinin milli və beynəlxalq standartlara cavab verən keyfiyyət göstəriciləri əsasında təşkil edilməsi ilə akkreditasiya proseslərində iştirak edəcək ekspertlərin Keyfiyyətin İdarəedilməsi Sistemi haqqında biliklərini artırmaq, daxili keyfiyyət təminatı və ali təhsil müəssisələrinin idarəedilməsi  arasında əlaqələri aydınlaşdırmaq və praktiki tapşırıqlar vasitəsi ilə daxili keyfiyyət təminatının tətbiq olunmasına dair bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.