Image alternative text, required
İyun ayı üçün tanınma üzrə müraciətlərin statistikası
Title

İyun ayı üzrə 308 müraciətçinin 237-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 71 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 56, təhsil forması səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 3, dövlət nümunəli olmayan diplom səbəbilə 3, ekvivalenti olmayan ixtisas səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 91,  Rusiya Federasiyasından 90,  Ukraynadan 71, Gürcüstandan 17, Birləşmiş Krallıqdan 13,  Polşa Respublikasından 5,      Amerika Birləşmiş Ştatlarından 3,   Fransa Respublikasından 2, İtaliya Respublikasından 2, Koreya Respublikasından 2,  Qazaxıstan Respublikasından 2, Almaniya Federativ Respublikasından 1,  Cənubi Afrika Respublikasından 1, Çex Respublikasından 1, Çin Xalq Respublikasından 1, İspaniya Krallığından 1,  İsveç Krallığından 1, Macarıstandan 1, Mərakeş Krallığından 1, Niderland Krallığından 1, Yaponiyadan 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 31, iqtisadiyyat üzrə 26, menecment üzrə 21, biznesin idarə edilməsi üzrə 19, dövlət və bələdiyyə idarəetməsi üzrə 13 müraciətçi qeydə alınmışdır.