Image alternative text, required
İyul ayı üçün tanınma üzrə müraciətlərin statistikası
Title

İyul ayı üzrə 937 müraciətçinin 754-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 183 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 142, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 17, təhsil forması səbəbilə 8, dövlət nümunəli olmayan diplom səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbilə 3, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 2, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə 2, ekvivalenti olmayan ixtisas səbəbilə 2, baza təhsili diplomu olmadan magistratura təhsili alınması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 346, Rusiya Federasiyasından 308, Ukraynadan 114, Gürcüstandan 59, Birləşmiş Krallıqdan 16, İtaliya Respublikasından 11, Macarıstandan 9, Amerika Birləşmiş Ştatlarından 7, Qazaxıstan Respublikasından 7, Polşa Respublikasından 6, Almaniya Federativ Respublikasından 5, Belarus Respublikasından 5, Çex Respublikasından 4, Çin Xalq Respublikasından 4, Litva Respublikasından 4, Niderland Krallığından 4, Pakistan İslam Respublikasından 4, Belçika Krallığından 3, Estoniya Respublikasından 3, Latviya Respublikasından 3, Fransa Respublikasından 2, Koreya Respublikasından 2, Avstriya Respublikasından 1, Bolqarıstan Respublikasından 1, Əfqanıstan İslam Respublikasından 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, Kanadadan 1, Norveç Krallığından 1, Özbəkistan Respublikasından 1, Qambiya Respublikasından 1, Səudiyyə Ərəbistan Krallığından 1, Sinqapur Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 153, biznesin idarə edilməsi üzrə 71, iqtisadiyyat üzrə 64, maliyyə üzrə 54, stomatologiya üzrə 37 müraciət qeydə alınmışdır.