Image alternative text, required
IELTS imtahanına təşviqlə bağlı üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb
Title

Mayın 3-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Təhsilin İnkişafı Fondu (TİF), Sumqayıt Dövlət Universiteti (SDU) arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov və SDU-nun rektoru Rüfət Əzizov tərəfindən imzalanan sənəd elmi-pedaqoji heyət və tələbələrin ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsi yönündə üçtərəfli əməkdaşlığı ehtiva edir.

Gələcək əməkdaşlıqların müzakirə olunduğu tədbirdə akademik heyət və təhsilalanların dil biliklərinin gücləndirilməsi üzrə müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.