Image alternative text, required
IELTS imtahanına təşviqlə bağlı üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb
Title

Aprelin 23-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Təhsilin İnkişafı Fondu (TİF), Bakı Mühəndislik Universiteti (BMU)  arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov və BMU-nun rektoru Yaqub Piriyev tərəfindən imzalanan sənəd ali təhsil müəssisəsinin cari il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş insan kapitalının formalaşdırılmasının gücləndirilməsi məqsədi daşıyır.

Müqavilə elmi-pedaqoji heyət və tələbələrin ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsi yönündə üçtərəfli əməkdaşlığı ehtiva edir.

Gələcək əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu tədbirdə akademik heyət və təhsilalanların dil biliklərinin gücləndirilməsi, xüsusən ingilis dilinin təkmilləşdirilməsi üzrə müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.