Məlum olduğu kimi xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması elektron müraciət sistemi vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.
Bildiririk ki, elektron müraciət sisteminin daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır.
Bunu nəzərə alaraq, elektron müraciət sistemi vasitəsilə yeni ərizələrin qəbulu 22.12.2023-cü il tarixindən 03.01.2024-cü il tarixinədək dayandırılır.