Fevral ayı üzrə 265 müraciətçinin 244-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 21 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, dövlət nümunəli olmayan diplom üzrə 3, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 2, təhsil forması üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 77, Rusiya Federasiyasından 69, Türkiyə Respublikasından 68, Gürcüstandan 13, Macarıstandan 9, İtaliyadan 7, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 6, Amerika Birləşmiş Ştatlarından 4, Belçikadan 2, Çin Xalq Respublikasından 2, Belarusdan 1, Fransadan 1, Hindistandan 1, İsveçdən 1, Kiprdən 1, Litvadan 1, Polşadan 1, Slovakiyadan 1 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 41, maliyyə üzrə 23, beynəlxalq münasibətlər üzrə 18, menecment üzrə 18, hüquqşünaslıq üzrə 15 müraciətçi qeydə alınmışdır.
Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 13 iş günü təşkil etmişdir.