Image alternative text, required
Fevral ayı üçün tanınma üzrə müraciətlərin statistikası.
Title
  • Fevral ayı üçün tanınma üzrə baxılmış 274 müraciətin 204-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 70 müraciət barədə isə mənfi qərar qəbul olunub.

  • Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 45, tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 23, akkreditasiyası olmayan ali təhsil müəssisəsində təhsil alması səbəbi ilə 1 və qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 1 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.

  • İxtisas seçimlərində iqtisadiyyat üzrə 47, hüquqşünaslıq  üzrə 41,  tibb üzrə 32, maliyyə üzrə 27, menecment üzrə 20, biznesin idarə edilməsi üzrə 18, mühəndislik üzrə 14, beynəlxalq münasibətlər  üzrə 14, mühasibat uçotu üzrə 8, turizm üzrə 7, kompüter elmləri üzrə 5, tarix üzrə 3, riyaziyyat üzrə 3 və digər ixtisaslar üzrə 35 nəfər müraciətçi qeydə alınıb.

  • Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 74, Ukraynadan 71, Türkiyə Respublikasından 70, Gürcüstandan 17, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 6, Polşadan 4, İtaliyadan 4, Şimali Kipr Türk Respublikasından 4, Çin Xalq Respublikasından 3, Belarus Respublikasından 3, Macarıstandan 3, Efiopiyadan 2, İsveçrədən 2, ABŞ-dan 2 və digər ölkələrdən 9 nəfərin yer aldığı müşahidə olunur.

  • Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin  (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə  olunur.