Mart ayının 1-də Təhsildə Keyfiyyət Təminatı Agentliyində ölkə ərazisində mövcud karantin rejiminin tələblərinə əməl olunaraq “Bərbər” ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsinə dair keçirilən imtahanlardan yüksək nəticə əldə etmiş ərizəçilərə müvafiq sertifikatlar təqdim edilib.
Agentliyin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Qiymətləndirmə Komissiyasının üzvləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndəsi Fuad Mehdizadə, “D.İ.” Studionun rəhbəri Dmitriy İskakov, “SHER Academy”nin rəhbəri Rövşən İsmayılov və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi müəllimi Mərziyə İsmayılova və ərizəçilər iştirak edib.
Tədbir iştirakçılarına və ictimaiyyətə hesabat xarakterli video təqdimat nümayiş olunaraq, qeyri-formal və informal təhsilin tanınması üzrə “Bərbər” ixtisasının müvafiq modulları üzrə keçirilmiş imtahan nəticələri barədə ətraflı məlumat verilib.
Xatırladaq ki, cari ilin fevral ayının 15-də Agentliyin təşəbbüsü və “Beauttech” MMC-nin təşkilati dəstəyi ilə “Bərbər” ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.