Image alternative text, required
"Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası keçiriləcək
Title

22 sentyabr 2023-cü il tarixində, saat 11:00-da Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın İnsan kapitalı işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası keçiriləcək.

Görüşdə “İnsan Kapitalı” işçi qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, altqrupun üzvləri (ali təhsil müəssisələrindən, dövlət və özəl sektordan nümayəndələr və ekspertlər) iştirak edəcəklər.

İclasda altqrupun 2023-cü il üçün təsdiqlənmiş “Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlər üzrə görülmüş işlərin müzakirəsi aparılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “İnsan Kapitalı” İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi çıxış edir.