Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Elektrik qaz qaynaqçısı” peşə ixtisası üzrə fəaliyyət göstərən lakin peşəsi üzrə təhsil sənədi olmayan vətəndaşların nəzəri biliklərinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.
Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq “SAİPEM” şirkətinin nümayəndəsi Poladov Azad, ekspert qismində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Abdullayev Ramil və Əkbərov Tural cəlb edilib.
İlkin mərhələdə yüksək nəticə göstərən ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə “Elektrik qaz qaynaqçısı” peşə ixtisası üzrə sertifikatlar təqdim olunacaqdır.