Image alternative text, required
Diplomların tanınması üçün müraciət indi daha rahat
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması prosesini vətəndaşlar üçün daim təkmilləşdirir. Ərizəçilər tərəfindən daxil olan rəylər əsasında sistemdə istifadə rahatlığı parametri üzrə  müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir.

 

Bununla bağlı olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi müasir dizaynda yeni veb saytını (www.tkta.edu.az) vətəndaşların xidmətinə təqdim edib. Təqdim olunan veb sayt istənilən informasiyanın rahatlıqla əldə edilə bilməsi üçün daha da müasir və funksional formatda yenidən hazırlanıb.

 

Əlavə olaraq, Agentlik bu silsilə addımlar çərçivəsində vətəndaşların indi tanınma üzrə daha da rahat  müraciət edə bilməsi üçün www.taninma.az keçidini istifadəyə verib. Bu keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər.

 

Sonda, vətəndaşları yalnız yuxarıda qeyd edilən və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi mənbələri sayılan keçidlərdən istifadə etməyə çağırır, Agentliyin xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmədiyini, eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımadığını bildiririk.

 

Vətəndaşlarımızdan bu kimi hallarla rasltaşdıqları halda info@tkta.edu.az elektron poçt ünvanına müraciət etmələrini xahiş edirik.