Image alternative text, required
Diplom tanınması üzrə sınaq imtahanında və tələbə transfer mərhələsində iştirak edəcək ərizəçilərin nəzərinə
Title

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə  ərizəçinin peşə tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması tələb olunur. 

 

Bu məqsədlə sözügedən ixtisas sahələriüzrə xarici dövlətlərdə təhsil alan ərizəçiləüçüDİM 
tərəfindən imtahan təşkil olunur.

 

Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ı əsasında tələbələrin transfer prosesi həyata keçirilir.

 

Yuxarıda qeyd edilən sınaq imtahanı və transfer prosesi ilə bağlı məlumatlar ərizəçilərə elektron müraciət sistemində şəxsi kabinetlərində qeyd etdikləri əlaqə nömrələri və elektron poçt ünvanı vasitəsilə bildirişlər göndərilir. 

 

Bildirişləri vaxtında əldə etmək üçün vətəndaşların elektron müraciət sistemində qeydiyyatdan keçərkən aktiv əlaqə nömrəsi və elektron poçt ünvanı qeyd etməkləri zəruridir. Əks-halda, yarana biləcək hər hansı problem üzrə Təhsildə Keyfiyyət Təminatı Aganetliyi məsuliyyət daşımır.