“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən, “Müəllimlik”, “Mühəndislik” və “Hüquqşünaslıq” ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təqdim etdiyi siyahı əsasında Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.
Bildiririk ki, 29 sentyabr 2025-ci il tarixində DİM tərəfindən keçirilmiş imtahanda iştirak etmək üçün 186 nəfər namizəd qeydiyyatdan keçib, bunlardan 144 nəfəri imtahanda iştirak edib, yalnız 52 nəfəri keçid balını toplayıb. 14 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 36% təşkil edib. İxtisaslar üzrə iştirak edən və keçid balını toplayan namizədlərlə bağlı statistikanı təqdim edirik.
Sözügedən imtahana dair statistika ilə keçiddən tanış ola bilərsiniz:
İmtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq, ən çox imtina alan 4 ixtisasın TKTA tərəfindən ölkələr üzrə təhlili aparılıb.
Belə ki, peşə tanınması imtahanında “Hüquqşünaslıq” ixtisası üzrə 71 nəfər iştirak edib, onlardan yalnız 24 nəfəri uğurlu nəticə əldə edib.
47 nəfərin uğursuz nəticəsi qeydə alınıb:
Rusiya Federasiyasından – 28:
Ukraynadan 15:
Belarus Respublikasından 1:
Gürcüstandan 1:
Litva Respublikasından 1:
Türkiyə Respublikasından 1:
24 nəfər keçid balını toplayaraq uğurlu nəticə əldə edib.
Türkiyə Respublikasından 7:
Rusiya Federasiyasından 6:
Ukraynadan 6:
Belarus Respublikasından 1:
Birləşmiş Krallıqdan 1:
Litva Respublikasından 1:
Polşa Respublikasından 1:
Yaponiyadan 1:
Beləliklə, “Hüquqşünaslıq” ixtisası üzrə peşə tanınmasını əldə etmək istəyən namizədlərin 66 %-i müvafiq imtahanda uğursuz nəticə göstərib.
Eyni zamanda, “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə peşə tanınması imtahanında 29 nəfər iştirak edib, onlardan yalnız 10 nəfəri uğurlu nəticə əldə edib.
19 nəfərin uğursuz nəticəsi qeydə alınıb.
Ukraynadan 16:
Rusiya Federasiyasından 3:
10 nəfər keçid balını toplayaraq uğurlu nəticə əldə edib.
Ukraynadan 8:
Rusiya Federasiyasından 2:
Beləliklə, “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə peşə tanınması əldə etmək istəyən namizədlərin 66 %-i müvafiq imtahanda uğursuz nəticə göstərib.
Digər bir mühəndislik sahəsi olan “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə peşə tanınması imtahanında 13 nəfər iştirak edib, onlardan yalnız 1 nəfəri uğurlu nəticə əldə edib.
12 nəfərin uğursuz nəticəsi qeydə alınıb.
Belarus Respublikasından 12:
Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti-12.
Eyni zamanda, sözügedən ölkədən yalnız 1 nəfər (Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti-1) keçid balını toplayaraq uğurlu nəticə əldə edib.
Beləliklə, “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə peşə tanınması əldə etmək istəyən namizədlərin 92%-i müvafiq imtahanda uğursuz nəticə göstərib.
Əlavə olaraq qeyd edək ki, “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisasları üzrə peşə tanınması imtahanında 5 nəfər iştirak edib, onlardan 5-i də uğursuz nəticə əldə edib.
5 nəfərin uğursuz nəticəsi qeydə alınıb.
Gürcüstandan 2:
Rusiya Federasiyasından 2:
Türkiyə Respublikasından 1:
Beləliklə, “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisasları üzrə peşə tanınması əldə etmək istəyən namizədlərin 100%-i müvafiq imtahanda uğursuz nəticə göstərib.