Image alternative text, required
Dekabr ayı üçün tanınma üzrə müraciətlərin statistikası
Title

  

  • Dekabr ayı üzrə 663 müraciətçinin 583-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 80 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır.

 

  • Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 63, tədris yükü üzrə 9, dövlət nümunəli olmayan diplom üzrə 5, təhsil forması üzrə 2, təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmama və akkreditasiyasız univerisitet səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.

 

  • Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 235, Ukraynadan 222, Türkiyə Respublikasından 94, Gürcüstandan 44, Belarus Respublikasından 40, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 6, İtaliya Respublikasından 5, Amerika Birləşmiş Ştatlarından 2, Əlcəzair Xalq Demokratik Respublikasından 2, Fransa Respublikasından 2, Macarıstan Respublikasından 2, Moldova Respublikasından 2, Almaniya Federativ Respublikasından 1, Belçika Krallığından 1, İsveç Krallığından 1, Litva Respublikasından 1, Malta Respublikasından 1, Pakistan İslam Respublikasından 1, Qazaxıstan Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.

 

  • Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 130, yanğın təhlükəsizliyi üzrə 60, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 41, tibb üzrə 34, maliyyə üzrə 32, menecment üzrə 32 müraciətçi qeydə alınmışdır.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil etmişdir.