Image alternative text, required
BSU-da təlim iştirakçıları sertifikatla təltif edilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Bakı Slavyan Universiteti arasında bağlanan müqavilə çərçivəsində təşkil olunmuş təlimdə iştirak edən akademik və inzibati heyətin mükafatlandırma mərasimi keçirilib. 

 

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, Anar Nağıyev BSU-da keyfiyyət təminatı istiqamətində görülmüş işlərə dair məlumat verib. Belə bir təlimin keçirilməsi üçün TKTA-ya təşəkkürünü bildirib.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov Agentliyin təlim xidmətləri barədə bu zamana qədər görülmüş işlərə dair məlumat verib. O, Agentlik tərəfindən ali təhsil müəssisələrinin inkişafına yönəlmiş belə təlimlərin keçirilməsinə hər zaman dəstək verildiyini qeyd edib.

 

Sonra təlimdə iştirak etmiş BSU-nun akademik və inzibati heyəti TKTA tərəfindən sertifikatla təltif ediliblər.