Image alternative text, required
BMU-da təlim iştirakçıları sertifikatlarla təltif edilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə  Bakı Mühəndislik Universiteti arasında bağlanan müqavilə çərçivəsində daxili və xarici keyfiyyəti təminatına dair təşkil olunmuş təlimlərdə iştirak edən akademik və inzibati heyətin mükafatlandırma mərasimi keçirilib. 

 

BMU-da mükafatlandırma mərasimində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov iştirak etmişdir. Mükafatlandırma mərasimində Agentliyin təlim xidmətləri barədə bu zamana qədər görülmüş işlərə dair məlumat verilib.

 

Sonra təlimdə iştirak edən akademik və inzibati heyət TKTA tərəfindən sertifikatlarla təltif edilib və heyətin akkreditasiya qiymətləndirilməsinə dair olan sualları Agentliyin nümayəndəsi tərəfindən cavablandırılıb.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.