29 mart 2024-cü il tarixində Uşaq-Gənclər İnkişaf Mərkəzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Tural Əhmədov tərəfindən 2023-cü ildə keçirilmiş 13 ali təhsil müəssisəsinin akkreditasiya nəticələrinə dair beynəlmiləlləşmə istiqaməti üzrə tematik hesabatın təqdimatı keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, ötən il institusional akkreditasiyası keçirilən ATM-lərin beynəlxalq əlaqələr üzrə prorektor və məsul şəxsləri, beynəlmiləlləşmə sahəsində təcrübəli şəxslər və bu istiqamətdə maraqlı olan təhsil ekspertləri iştirak edib.
Tematik təhlilin aparılmasının məqsədi 2023-cü ildə akkreditasiya qiymətləndirilməsi yekunlaşan 13 ali təhsil müəssisəsinin beynəlmiləlləşmə istiqaməti üzrə nəticələrini təhlil edərək, onların sözügedən istiqamət üzrə güclü və zəif tərəflərini müəyyənləşdirmək və beynəlmiləlləşmənin təkmilləşdirilməsi üzrə təkliflərin irəli sürülməsindən ibarətdir.
ATM-lərin Özünütəhlil Hesabatları və Akkreditasiya Komissiyalarının Yekun Hesabatları əsasında hazırlanan tematik təhlil ATM-lərin beynəlmiləlləşmə sahəsində fəaliyyətinin səmərəliliyinin keyfiyyət və kəmiyyət göstəriciləri üzrə daha aydın təhlil edilməsinə xidmət etməklə sözügedən sahə ilə əlaqədar siyasətin gücləndirilməsi istiqamətində maraqlı tərəflərə dəstək göstərməyi hədəfləyir.
Sonda iştirakçıların sualları cavablandırılaraq ali təhsil müəssisələrinin beynəlmilləşmə istiqamətində dəstəklənməsi istiqamətində müzakirələr aparılıb.