Image alternative text, required
AzMKÇ-nin 5-ci səviyyə kvalifikasiyalarının keyfiyyət təminatı və kreditin tanınması üzrə (Nəticə 4 və 5) ekspert qrupun təlim tədbiri keçirilmişdir
Title

05.11.2024-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilati və Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Təhsil Sisteminin Dayanıqlığının Gücləndirilməsi və Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsi (AzMKÇ) 5-ci Səviyyə Kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” Layihəsinin 4-cü və 5-ci nəticələri çərçivəsində institusional və proqram akkreditasiya standartlarını yaratmaq məqsədilə aidiyyəti təhsil sahəsində çalışan qurumları təmsil edən ekspertlər üçün tədbir keçirilmişdir. Tədbirdə bir sıra xarici və yerli ekspertlər, eləcə də TKTA-nın məsul əməkdaşları kordinator və ekspert qismində iştirak etmişlər.

 

Tədbirdə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov təhsil sistemində keyfiyyət təminatının əhəmiyyəti və bu sahədə görülən işlər barədə iştirakçılara məlumat vermişdir. O, eyni zamanda AzMKÇ layihəsinin Azərbaycan Təhsil sisteminə əhəmiyyətli təsirini vurğulayaraq, təhsildə keyfiyyət təminatı faktorunun layihənin daha da səmərəli keçirilməsində və layihə çərçivəsində müəyyən olunmuş məqsədlərə nail olunmasında önəmli amillərdən olduğunu xüsusi qeyd etmişdir.

 

Tədbirin mövzuları təhsil sahəsinin bir çox istiqamətlərini əhatə etmişdir. Məlumat üçün qeyd edək ki, tədbirin əsas məqsədi Azərbaycanda peşə və ali təhsildə keyfiyyət təminatının mövcud vəziyyətini təhlil etmək, kvalifikasiyaların keyfiyyət təminatı konsepsiyasını hazırlamaq, qrup yaratmaq, iş qaydası və iş proseslərini razılaşdırmaq, qrup üzvlərini təhsildə keyfiyyət təminatının əsas konsepsiyaları ilə tanış etməkdən ibarətdir.

 

Tədbir iştirakçıları AzMKÇ layihəsinə cəlb olunaraq layihə rəhbərləri qismində çalışan xarici ekspertlər tərəfindən hazırlanan təlimdə iştirak etmiş və öz təcrübələrini bölüşmüşlər. Təlimin birinci hissəsi məruzə və təqdimatlar formatında təşkil olunsa da, ikinci və üçüncü hissələri daha çox qrup şəklində keçirilən müzəkirələrdən ibarət olmuşdur.