Image alternative text, required
Azərbaycanda səfərdə olan Tacikistan Təhsil Nazirliyinin nümayəndə heyəti ilə TKTA-da görüş keçirilib
Title

 

Tacikistan Respublikasının Təhsil Nazirliyi və müxtəlif təhsil qurumlarını təmsil edən nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində 30 avqust 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyində görüş keçirilib.

 

Görüşdə qonaqları salamlayan Agentliyin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov TKTA-nın fəaliyyət istiqamətləri  haqqında məlumat verərək hazırda görülən işlərdən danışıb. Keyfiyyət departamentinin direktoru İlham Hümbətov isə ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirməsi ilə bağlı TKTA-nın təcrübəsini paylaşıb.

 

Daha sonra ümumtəhsil müəssisələrində keyfiyyət monitorinqi barədə təqdimat edilib və bu sahədə görülən işlər və monitorinq mexanizmi barədə ətraflı məlumat verilib.