Image alternative text, required
“Az gəlirli ailələrdən olan yerli peşə sahibləri üçün dayanıqlı məşğulluq imkanlarının artırılması” layihəsinin icrası yekunlaşıb.
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı və BP şirkətinin maliyyə dəstəyi ilə “Az gəlirli ailələrdən olan yerli peşə sahibləri üçün dayanıqlı məşğulluq imkanlarının artırılması” layihəsi yekunlaşıb.

 

Layihə çərçivəsində 40 nəfər benefisiar ilkin olaraq 4 fərqli peşə ixtisası (Qənnadçı-şirniyyatçı; Plastik boru qaynaqçısı; Tikiş avadanlıqlarının operatoru, tikişçi və Bərbər) üzrə nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması məqsədi ilə təlimlərə cəlb edilib. Peşə ixtisasları üzrə təlimlərdə iştirak edən benefisiarlar Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təşkil olunan iki mərhələli imtahanlarda iştirak ediblər.

 

Layihənin sonunda prosesdə uğurlu nəticə əldə etmiş 38 nəfər ixtisası üzrə ilk peşə təhsili diplomuna bərabərhüquqlu diplom ilə təltif olunub. Təltifetmə mərasimi BP-nin təçkilatçılığı ilə “Nobel Oil Heritage Club”da təşkil olunub.

Tədbir zamanı aidiyyatı qurum rəhbərlərinin və benefisiarların layihə haqqındakı fikirləri dinlənilib. Sonda layihə iştirakçıları ilə xatirə fotosu çəkilib.