Image alternative text, required
Avtomobil ustalarının nəzəri bilikləri qiymətləndirilib
Title

22 fevral tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Avtomobillərin təmiri çilingəri” peşə ixtisası üzrə fəaliyyət göstərən lakin peşəsi üzrə təhsil sənədi olmayan vətəndaşların nəzəri biliklərinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.

 

Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq “Diamond Motors” MMC-nin nümayəndəsi Ziya Nəsirov, ekspert qismində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Elvar Baxşiyev cəlb edilib.

 

İlkin mərhələdə yüksək nəticə göstərən ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

 

Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə “Avtomobillərin təmiri çilingəri” peşə ixtisası üzrə sertifikatlar təqdim olunacaqdır.