Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə nəzəri və praktiki imtahandan uğurla keçən namizədlərə “Group Motors” Abşeron (“Toyota Absheron Center”) şirkətində sertifikatların təltifetmə mərasimi keçirilib.
Məlumat üçün bildiririk ki, “bp Azərbaycan”ın maliyyə dəstəyi ilə həyata keçirilən və Toyota Abşeron, Mitsubishi Abşeron və Mazda Abşeron servislərinin əməkdaşlarının iştirak etdiyi tədbirdə ümumilikdə 28 nəfər sözügedən peşə ixtisasının müxtəlif modulları üzrə sertifikatla təltif olunub.
Qeyd edək ki, sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.
Bildiririk ki, bu fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılması və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdir. TKTA tərəfindən təqdim edilən diplom və sertifikat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən sahibinə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq imkanı verir. Eyni zamanda diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ yaradır.