Image alternative text, required
Avropa Birliyi TKTA-nın təcrübəsini öyrənir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru Nicat Əsədli “Azərbaycanda qeyri-formal və informal təhsilin tanınması” prosesinin təşkili ilə bağlı Avropa Birliyinin Avropa Təlim Fonduna (ETF) müsahibə verib.

 

Müsahibə əsnasında sözügedən fəaliyyətin zərurəti, prosesin cari vəziyyəti, qarşıya çıxan problemlər və maliyyə məsələləri də daxil olmaqla Azərbaycan təcrübəsi diqqətə çatdırılıb.

 

Fondun nümayəndəsinin suallarına cavab olaraq, Agentlik tərəfindən fəaliyyətə cəlb olunan bütün maraqlı tərəflər və özəl sektor nümayəndələri (işəgötürənlər) ilə qurulmaqda olan əməkdaşlıq imkanları, eləcə də onların bu prosesdə rolu barədə geniş məlumat verilib.  

 

Eləcə də, bu istiqamətdə aparılan işlərin daha da təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədilə atılacaq növbəti addımlar və gələcək planlar da müzakirə olunub.

 

Aidiyyatı dövlət qurumları ilə birgə əməkdaşlıq çərçivəsində əhalinin həssas qruplarına daxil olan vətəndaşlar üçün bu sahə üzrə dəstəkləyici tədbirlərin görülməsi və yeni imkanların yaradılması da qarşıda duran prioritet məsələlərdən biri olduğu xüsusi vurğulanıb.

 

Qeyd edək ki, Azərbaycanın bu sahədə təcrübəsi Cənub-Şərqi Asiya və digər regionlarda yeləşən ölkələrin QFİTT sisteminin formalaşdırılması zamanı Avropa Birliyi tərəfindən istifadə olunacaqdır.