Image alternative text, required
Avqust ayı üçün tanınma üzrə müraciətlərin statistikası
Title
  • Avqust ayı üzrə 783 müraciətçinin 716-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır.

 

  • Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 60, dövlət nümunəli olmayan diplom səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.

 

  • Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 333, Rusiya Federasiyasından 228, Türkiyə Respublikasından 78, Belarus Respublikasından 54, Gürcüstandan 44, digər ölkələrdən isə 46 müraciətin olduğu müşahidə olunur.

 

  • Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq 99, maliyyə üzrə 74, yanğın təhlükəsizliyi mühəndisliyi 74, iqtisadiyyat üzrə 72, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 49 müraciət qeydə alınmışdır.

 

  • Dövlət İmtahan Mərkəzi tərəfindən avqust ayında təşkil olunmuş peşə tanınması imtahanında iştirak edən 261 müraciətçinin 42%-i imtahanda uğurlu nəticə göstərərək akademik və peşə tanınması ilə bağlı şəhadətnamə əldə etmiş, müraciətçilərin 58%-i isə imtahanda keçid balı toplamamış və yalnız akademik tanınma ilə bağlı şəhadətnamə əldə etmişdirlər.

 

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 8 iş günü təşkil etmişdir.

 

Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün  www.tanınma.az  keçidinə daxil ola bilərlər.