Image alternative text, required
Avqust ayı üçün tanınma üzrə müraciətlərin statistikası
Title
  • Avqust ayı üzrə 200 müraciətçinin 178-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 22 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
  • Təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 7, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 6, tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 4, digər səbəblər üzrə 5 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.
  • Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 81, Rusiya Federasiyasından 63, Ukraynadan 22, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 9, Gürcüstandan 6, digər ölkələrdən isə 19 müraciətin olduğu müşahidə olunur.
  • Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 27, hüquqşünaslıq üzrə 16, iqtisadiyyat üzrə 11, biznesin idarə edilməsi 10, stomatologiya üzrə 10 nəfər müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 22 gün təşkil edib.

Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün  www.tanınma.az  keçidinə daxil ola bilərlər.