Image alternative text, required
ATU-da təlim iştirakçıları sertifikatlarla təltif edilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında  bağlanan müqavilə çərçivəsində təşkil olunmuş təlimdə iştirak edən akademik və inzibati heyət üzvlərinə sertifikatların təqdim edilməsi mərasimi keçirilib.

 

Təqdimetmə mərasimində TKTA-nın İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov, Təlim və metodologiya şöbəsinin müdiri Simnar Mamedov və ATU-nun Tədris və müalicə işi üzrə prorektoru Sabir Əliyev iştirak ediblər.

 

Tədbirdə Kamran Rəsulov və Sabir Əliyev xarici keyfiyyət təminatı istiqamətində TKTA tərəfindən ali təhsil müəssisələrinə göstərilən institusional və metodoloji dəstək fəaliyyətlərinin əhəmiyyətini vurğulayaraq prosesin davamılılığının önəmini heyət üzvlərinin diqqətinə çatdırıblar.

 

Tədbir zamanı ATU-nun təlimlərdə iştirak etmiş 34 nəfər heyət üzvünə “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları”  başlıqlı sertifikatlar təqdim edilib.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.