Image alternative text, required
Aprel ayı üçün tanınma üzrə müraciətlərin statistikası
Title

Aprel ayı üzrə 371 müraciətçinin 312-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 59 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

 

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 51, digər səbəblər üzrə 8 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

 

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 135, Rusiya Federasiyasından 83, Türkiyə Respublikasından 78, Gürcüstandan 35, Birləşmiş Krallıqdan 17, digər ölkələrdən isə 23 müraciətin olduğu müşahidə olunur.

 

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 49, maliyyə üzrə 49, bizensin idarə edilməsi üzrə 38, menecment üzrə 34, beynəlxalq münasibətlər üzrə 18 müraciətçi qeydə alınıb.

 

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.

Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün  www.tanınma.az  keçidinə daxil ola bilərlər.