17-18 may 2024-cü il tarixində Bakıda keçirilən Mərkəzi və Şərqi Avropa Ölkələrinin Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin (CEENQA) Baş Assambleyası haqqında hazırlanmış videoçarxını təqdim edirik.
Qeyd edək ki, CEENQA Baş Assambleyasında Almaniya, Estoniya, Latviya, Litva, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Moldova, Sloveniya, Bosniya və Herseqovina, Serbiya, Bolqarıstan, Birləşmiş Krallıq, Türkiyə, Ukrayna və Qazaxıstandan keyfiyyət təminatı agentliklərinin rəhbərləri, eləcə də Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyayanın (ENQA), Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestri (EQAR) və Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) nümayyəndələri iştirak edib.
Tədbirdə həmçinin, növbəti CEENQA Baş Assambleyasının Tallinn şəhərində keçirilməsi qərarlaşdırılıb.
26 ölkədən 41 agentliyin qoşulduğu təşkilat Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standart və təlimatlar (ESG) bələdçisinə uyğun daxili və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə töhvə verməklə yanaşı, üzv təşkilatlar arasında təcrübə mübadiləsi və müştərək layihələrin həyata keçirilməsini təşviq etməkdədir.
Onu da bildiririk ki, TKTA 2021-ci ilin oktyabr ayından CEENQA-nın tam hüquqlu üzvüdür.