Image alternative text, required
“Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları”nın müzakirəsi təşkil olunub
Title

30 iyul 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) "Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları" sənədinin yeni redaksiyasının müzakirəsinə həsr olunmuş ekspert görüşü keçirilib.

Görüşdə ölkənin müxtəlif ali təhsil müəssisələrində çalışan 30 nəfər akkreditasiya üzrə ekspert iştirak edib. Müzakirələr zamanı sənədin ali təhsil müəssisələrinin keyfiyyət təminatının qiymətləndirilməsi baxımından praktiki tətbiqi və beynəlxalq standartlara uyğunluğu ətrafında geniş fikir mübadiləsi aparılıb. Ekspertlər meyarların ölçüləbilənliyini, nəticə yönümlülüyü və səmərəliliyi dəyərləndirməsi baxımından yeni yanaşma olduğunu bildirib, layihəyə rəy və təkliflərini təqdim ediblər.

Görüşün əsas məqsədi sənədin yeni redaksiyasında nəzərdə tutulan əsas dəyişikliklərin iştirakçılara təqdim olunması və onların peşəkar rəy və təkliflərinin dinlənilməsi olub.