Image alternative text, required
AKU və AƏSMA-da təlim iştirakçıları sertifikatlarla təltif edilib
Title

Cari ilin 31 oktyabr və 01 noyabr tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Kooperasiya Universiteti (AKU) və Azərbaycan Əmək və Sosial Münaibətlər Akademiyası (AƏSMA) arasında bağlanan müqavilə çərçivəsində təşkil olunmuş təlimdə iştirak edən akademik və inzibati heyət üzvlərinə sertifikatların təqdim edilməsi mərasimi keçirilib.

 

Təqdimetmə mərasimində TKTA-nın Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsinin müdiri Simnar Mamedov və adıçəkilən ali təhsil müəssisələrinin rəhbər şəxsləri iştirak edib.

 

Tədbir zamanı AKU üzrə 9 nəfər heyət üzvünə “Beynəlxalq təcrübədə tyutorluq”, AƏSMA üzrə isə 30 nəfər heyət üzvünə “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları” başlıqlı sertifikatlar təqdim edilib.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.