Image alternative text, required
Akkreditasiya proseslərində iştirak edəcək ekspertlər üçün təlimlər davam edir
Title

19-21 may tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi prosesində iştirak edəcək ekspertlər üçün  növbəti onlayn təlimlər başa çatıb.

 

3 gün davam edən təlimlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrindən ibarət 17 mütəxəssis iştirak edib.

Qeyd edək ki, təşkil olunan təlimlərdə təhsil müəssisəsinin daxili keyfiyyət təminatı sisteminin və müvafiq struktur bölməsinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi zamanı diqqət olunacaq məqamlara dair müzakirələr aparılıb. Eyni zamanda, təlim iştirakçıları daxili keyfiyyət təminatına dair Avropa standartları və tələbləri ilə tanış olub.

 

Virtual təlimlərdə yüksək nəticə göstərmiş namizədlər daxili keyfiyyət təminatı, xarici keyfiyyət təminatı və peşəkar ekspert olmaqla 3 səviyyə üzrə sertifikatla təltif olunacaqlar. Belə ki, yalnız sertifikat əldə edən ekspertlər Akkreditasiya Komissiyalarının akkreditasiya qiymətləndirmə fəaliyyətində iştirak edə biləcəkdir.