Image alternative text, required
Akkreditasiya proseslərində iştirak edəcək ekspertlər üçün onlayn təlimlər davam edir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi prosesində iştirak edəcək ekspertlər üçün onlayn təlimlər davam edir.

 

Qeyd edək ki, təşkil olunan təlimlərdə ali təhsil müəssisəsinin daxili keyfiyyət təminatı sisteminin və müvafiq struktur bölməsinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi zamanı diqqət olunacaq məqamlara, eləcə də akkreditasiya qaydalarına dair məlumatlar verilir. Bununla yanaşı olaraq, təlim iştirakçıları daxili keyfiyyət təminatına dair Avropa standartları və tələbləri ilə tanış olurlar.

 

Məsafədən təşkil olunan təlimlərin sonunda namizədlərin müvafiq bacarıqlarının qiymətləndirilməsi həyata keçirilir. Belə ki, Akkreditasiya Komissiyalarının akkreditasiya qiymətləndirmə fəaliyyətlərində sadəcə müvafiq təlimləri uğurla başa vuran ekspertlər iştirak edə biləcəkdir.

 

Ali təhsil müəssisələrində çalışan akademik və inzibati heyəti TKTA-nın Ekspert bankına qoşulmağa dəvət edirik.

 

Ekspert bankı barədə daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.tkta.edu.az/p/join-our-experts-team

 

Ekspert bankına aşağıdakı linklə birbaşa müraciət edə bilərsiniz (öncədən müraciət etmiş şəxslərin yenidən müraciətinə ehtiyac yoxdur):

https://docs.google.com/forms/d/e/1FAIpQLScxcNoO751OC2AB56B_Ib-6PvPuz0Ov0QmRb9TWSc88Rs1XNg/viewform