Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsi tərəfindən cari ilin birinci yarısında həyata keçirilməsi nəzərdə tutulan akkreditasiya qiymətləndirilməsi prosesində iştirak edəcək komissiya üzvləri üçün silsilə onlayn görüşlər təşkil edilib.
Görüşlər zamanı ekspertlərə akkreditasiya qiymətləndirilməsinin aparılması və Yekun Hesabatın hazırlanması prosedurları haqqında geniş məlumat verilib. Eyni zamanda, artıq başa çatmış akkreditasiya qiymətləndirilməsi prosesində əldə edilən təcrübə, xüsusi diqqət tələb edən məqamlar və digər vacib nüanslar ekspertlərin diqqətinə çatdırılıb. Təlimin sonunda qiymətləndirilmə prosesi və meyarlarla bağlı suallar cavablandırılıb.
Qeyd edək ki, Agentliyin Nizamnaməsinə uyğun olaraq, TKTA təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi, bu məqsədlə müstəqil komissiyaların yaradılması və müvafiq təlimlərin təşkil edilməsi kimi fəaliyyətləri icra edir.