Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında bağlanan müqavilə çərçivəsində daxili keyfiyyət təminatına dair təşkil olunmuş təlimlərdə iştirak edən akademik və inzibati heyətin mükafatlandırma mərasimi keçirilib.
Mükafatlandırma mərasimində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov Agentliyin təlim xidmətləri barədə bu zamana qədər görülmüş işlərə dair məlumat verib. O, Agentlik tərəfindən ali təhsil müəssisələrinin inkişafına yönəlmiş belə təlimlərin keçirilməsinə hər zaman dəstək verildiyini qeyd edib.
Sonra təlimdə iştirak edən akademik və inzibati heyət TKTA tərəfindən sertifikatla təltif ediliblər.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.