Image alternative text, required
ADA Universitetinə akkreditasiya şəhadətnaməsi təqdim edilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə  ADA  Universitetinin  5 il müddətində akkreditasiya olunması ilə bağlı şəhadətnaməni rektor Hafiz Paşayevə təqdim edib.

Təqdimat mərasimində çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov TKTA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verib və bunlardan birinin də təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi olduğunu bildirib.

T. Əhmədov  akkreditasiya prosesi uğurla başa vurduğuna gö  ADA  Universitetini təbrik edib. Görüşdə  ADA  Universitetinin müəyyən olunmuş qiymətləndirmə üzrə maksimal nəticə göstərməklə akkreditasiyadan uğurla keçməsi və bunun universitet üçün əhəmiyyəti müzakirə edilib.

Universitetin rektoru H. Paşayev akkreditasiya prosesi nəticəsində verilən tövsiyələrin universitet üçün faydasını vurğulayıb. Görüşün sonunda T. Əhmədov akkreditasiya şəhadətnaməsini rektor H. Paşayevə təqdim edib.