Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə ADA Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair bağlanmış müqavilə çərçivəsində universitetin təlimdə iştirak etmiş heyət üzvlərinə müvafiq sertifikatlar təqdim edilib.
Təqdimetmə mərasimində TKTA-nın İdarə Heyətinin sədr müavini Kamran Rəsulov, Təlim və metodologiya şöbəsinin müdiri Şəlalə Mahmudova və ADA Universitetinin Akademik İşlər üzrə Prorektoru Dr. Elkin Nurməmmədov və heyət üzvləri iştirak ediblər.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.