Image alternative text, required
23-24 dekabr 2024-cü il və 30 yanvar 2025-ci il tarixlərində keçirilmiş peşə imtahanlarına dair
Title

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən tanınma icraatı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən elektron qaydada daxil olmuş müraciətlər əsasında aparılır. Qaydalara əsasən, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən ali təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasında qüvvədə olması üçün TKTA tərəfindən tanınması qanunvericilikdə şərt kimi müəyyən edilib.

Bildiririk ki, ərizəçinin müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə peşə tanınması TKTA-nın sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM), tibb və səhiyyə ixtisasları üzrə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən keçirilən peşə ixtisasının qiymətləndirilməsi imtahanınında müvəffəqiyyət qazandığı təqdirdə verilir.  

Qeyd olunan tarixlərdə keçirilmiş imtahanlarda iştirak etməyən və ya qeyri-məqbul nəticə göstərən xarici kvalifikasiya sahibləri akademik tanınma əldə edir. Sözügedən tanınma yalnız Azərbaycan Respublikası ərazisində təhsilin növbəti pilləsi (səviyyəsi) üzrə təhsilini davam etdirmək hüququ verir.  Müraciətçilərə təqdim olunmuş həmin şəhadətnamələrdə də qeyd olunduğu kimi, müvafiq sənəd ixtisas üzrə peşə fəaliyyəti ilə məşğul olmaq hüququ VERMİR.

Eyni zamanda bildiririk ki, akademik şəhadətnamə əldə etmiş ərizəçi təhsil aldığı xarici kvalifikasiyanın tam tanınması (akademik və peşə) üçün təkrar elektron qaydada TKTA-ya müraciət edərək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqını ödəməklə DİM-in təşkil etdiyi peşə tanınması imtahanında iştirak edir və müvafiq keçid balını topladığı təqdirdə peşə ixtisası üzrə tam tanınma əldə etmiş olur.

Məlumat üçün bildiririk ki, müraciətçilərə təqdim edilmiş şəhadətnamələrin həqiqiliyi https://edu.gov.az/az/yoxla keçidi vasitəsilə yoxlanıla bilər.