Image alternative text, required
2024-ci ilin dekabr ayında ATM-lər arasında məmnunluq sorğusu keçirilmişdir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 2024-cü ilin ikinci yarısında həyata keçirilmiş 17 ali təhsil müəssisəsi (ATM) (6 institusional və 11 proqram akkreditasiyası) üzrə akkreditasiya qiymətləndirilməsi prosesinin təşkili, habelə akkreditasiya prosesində iştirak edən müstəqil ekspertlərdən ibarət komissiyaların fəaliyyəti ilə bağlı keçən ilin dekabr ayında ATM-lər arasında məmnunluq sorğusu keçirilmişdir.

Sorğu nəticələrinə əsasən, Agentlik tərəfindən akkreditasiya prosesinin təşkili, müstəqil komissiyalar tərəfindən aparılan qiymətləndirmə zamanı ortaya qoyulan peşəkarlıq və obyektivlik yüksək qiymətləndirilmiş, sorğuda iştirak edən ATM-lərin akkreditasiyadan məmnunluq səviyyəsi 10 ballıq şkala üzərindən 9.50 bal təşkil etmişdir.

Qeyd etmək lazımdır ki, proqram akkreditasiyası üzrə yalnız bir ATM sorğuda iştirak etməmişdir.