Xarici ali təhsil müəssisəsindən yerli ali təhsil müəssisəsinə köçürülmüşəm. Təhsilimi burada başa vurduqdan sonra tanınma üçün müraciət etməliyəm?

Xeyr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda nəzərdə tutulmuş tanınma proseduru yalnız xarici ali təhsil müəssisələrindən məzun olan şəxslərə şamil olunur.

Sayt test rejimində çalışır