Uzun müddətdir ki, elektron ərizəmdə müraciətimin statusu dəyişmir. Mən nə etməliyəm?

Tanınma üçün edilmiş müraciətlərin sayının çoxluğundan, sənədlərin araşdırılması ilə əlaqədar müvafiq səlahiyyətli orqanlara sorğuların göndərilməsindən, eləcə də məzun olduğunuz ali təhsil müəssisəsindən və ixtisasınızdan asılı olaraq, sənədlərinizin icra müddəti dəyişir. Bütün proses ərzində ərizənizlə bağlı ən tutarlı məlumatı şəxsi kabinetinizdə yerləşdirilən elektron məlumat vasitəsilə əldə edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, müraciətinizin statusu ilə bağlı tərəfinizdən edilmiş çoxsaylı müraciətlər sənədlərinizin icrasında ciddi gecikmələrə səbəb ola bilər.

Sayt test rejimində çalışır