Təqdim etdiyim sənədlər icraata götürüldükdən sonra hansı müddət ərzində müraciətim barədə yekun qərar qəbul olunacaqdır?

Tanınma üçün edilmiş müraciətlərin sayının çoxluğundan, sənədlərin araşdırılması ilə əlaqədar müvafiq səlahiyyətli orqanlara və təhsil müəssisələrinə sorğuların göndərilməsindən, eləcə də məzun olduğunuz ali təhsil müəssisəsindən və ixtisasınızdan asılı olaraq, sənədlərinizin icra müddəti dəyişir.

Qeyd olunanlar nəzərə alınmaqla, təqdim etdiyiniz sənədlərə, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 4 ay müddətində baxılır. 

Diqqətinizə çatdırırıq ki, Lissabon Tanınma Konvensiyası Komitəsi tərəfindən 23.06.2010-cu il tarixdə qəbul edilmiş “Xarici Kvalifikasiyaların Qiymətləndirilməsi üzrə Meyar və Prosedurlara dair yenidən işlənilmiş Tövsiyələr”ə əsasən sənədlərin icraatı 4 (dörd) aydan gec olmayaraq yekunlaşmalıdır.

Bütün proses ərzində ərizənizlə bağlı ən tutarlı məlumatı şəxsi kabinetinizdə yerləşdirilən elektron məlumat vasitəsilə əldə edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, müraciətinizin statusu ilə bağlı tərəfinizdən edilmiş çoxsaylı müraciətlər sənədlərinizin icrasında ciddi gecikmələrə səbəb ola bilər.

Sayt test rejimində çalışır