Təhsil müəssisəsi üçün akkreditasiyanın əhəmiyyəti nədir?

Təhsil müəssisəsi öz fəaliyyətinə və ya tədris etdiyi təhsil proqramlarına hüquqi təminat əldə etmək üçün akkreditasiyadan keçməlidir. Lakin akkreditasiya prosedurundan keçməyin təhsil müəssisəsinə bir sıra digər müsbət təsirləri də var. Bunların sırasına, təhsil müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsi, müəssisədə keyfiyyət təminatı mədəniyyətinin formalaşması və təhsilin keyfiyyətinin Avropa Ali Təhsil Məkanının müddəalarında necə cavab verdiyinin müəyyən edilməsi daxildir.

Sayt test rejimində çalışır