Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsinə dair istinad edilən normativ- hüquqi aktlar hansılardır?

Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsinə dair istinad edilən əsas normativ- hüquqi aktlar aşağıdakılardır:

 

  • "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsi - "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı"nın 5.1-ci maddəsi;

  • "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 16.-cı maddəsi;

  • "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.5.1-ci və 23-cü maddələri;

  • Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilətəsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin 3.0.66-cı yarımbəndi;

  • “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalarüzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.18-ci bəndi;

  • Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanı ilətəsdiq edilmiş “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”;

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya)verilməsi üçün tələb olunan əlavə şərtlər”in 12.1-ci və 12.2-ci hissələri;

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il tarixli 3 avqust, 171 nömrəli Qərarı ilətəsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar,ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”;

  • Hər bir təhsil pilləsinə dair müvafiq hüquqi-normativ aktlar.

 

 

Sayt test rejimində çalışır