Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi üçün ödənilməli olan dövlət rüsumunun və xidmət haqqının məbləği nə qədərdir?

  • “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci və 23-cü maddələrinə uyğun olaraq, təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği aşağıdakı kimidir:

 

dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla,

məktəbəqədər təhsil müəssisələri

1250 manat

dövlət ümumi təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla)

10000 manat

peşə təhsili müəssisələri

2000 manat

orta ixtisas təhsili müəssisələri

2000 manat

ali təhsil müəssisələri

13750 manat

əlavə təhsil müəssisələri

1500 manat

dini orta ixtisas təhsili müəssisələri

2000 manat

ali dini təhsil müəssisələri

13750 manat

 

Lakin mövcud qanunvericiliyə əsasən lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi (regional televiziya yayımı və regional radio yayımı istisna olmaqla) ödənilir.

Təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya verilməsinə görə hər hansı xidmət haqqı nəzərdə tutulmamışdır.